https://www.zirve.edu.az/
18.02.2020 16:29
“Misir Mərdanov kurikulumu özünü doğrultmadı, diaqnostika, summativlər kimə lazım idi?!”- Sərt irad
Çap et

“Misir Mərdanovun nə "Kurikulum"u, nə də ki, "Boloniya"sı özünü doğrultmadı”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov rəsmi feyzbuk hesabında qeyd edib.  O, həmçinin qiymətləndirmənin növlərinin mənasızlığını da vurğulayıb

“Kimə və nəyə lazım idi bu diaqnostikalar, formativlər, summativlər - onların kiçikləri, böyükləri... İndi qalmışıq bu kağız israfçılığını necə aradan qaldıraq, qaydalarda hansı dəyişikliklər edək ki, müəllimi də şagirdi də bu ağır yükdən azad edək... Hanı kurikulumun şəxsiyyətyönümlü vətəndaşı, onun ölçüyə gələ biləcək qiymətləndirmə kriteriyaları...? Ona görə də təhsilimiz yenə də bilikyönümlü olaraq qalır. Bal toplamaq arxasınca qaçmaqda davam edirik”.

Qeyd edək ki, kurikulum proqramı 2008-ci ildən məktəblərimizdə tətbiq olunmağa başlayıb və birmənalı qarşılanmayıb.