Azedu.az

Peşə standartları əsasında metodik vəsaitlər hazırlanacaq

17 Fevral 2020, 12:47
Peşə standartları əsasında metodik vəsaitlər hazırlanacaq

Peşəyönümü tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə peşə standartları əsasında metodik vəsaitlər (peşə profilləri) hazırlanacaq.

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən işi 2020-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birgə icra edəcək.

Tədbirlər Planında qeyd olunub ki, indiyədək 100 peşə profili hazırlanıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox