https://www.zirve.edu.az/
17.02.2020 09:55
“Təhsil Liqası”nın oyunları davam edir
Çap et

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2019-2020-ci il mövsümündə basketbol idman növü üzrə 13 (U-13), 15 (U-15) və 17 yaşadək (U-17) qızlar və oğlanlardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunları davam etdirilir.

 Oktyabr ayından start verilən liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 49 komandası mübarizə aparır. Yarışlar Azərbaycan Texniki Universitetinin İdman Kompleksində və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının oyun zallarında keçirilir.  İki dövrədən ibarət olan oyunlara cari ilin iyununda yekun vurulacaq. 

 Qeyd edək ki, liqanın keçirilməsində məqsəd müvafiq yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.  

 Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medallarla mükafatlandırılacaq. Müxtəlif nominasiyalar üzrə seçiləcək basketbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.