https://www.zirve.edu.az/
16.02.2020 17:02
Direktor namizədlərə çox verilən sual - Məktəb sənədləri
Çap et

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır. Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması, Məktəbin pedaqoji şurasının protokolukitabı barədədir.

AzEdu.az məlumat verir ki, bu məsələlər "Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat"da qeyd olunub. Təlimata əsasən bütün ümumtəhsil məktəblərində pedaqoji şura protokollarının kitabı aparılır.

Kitabda pedaqoji şuraya verilmiş məsələlərin müzakirəsinin gedişi, şura üzvlərinin  çıxışları, təklif və qeydləri yazılır. Məktəbin rüb, yarımil və ya dərs ili üçün təlim-tərbiyə prosesinin ayrı-ayrı məsələləri üzrə işinin yekunları, bu barədə qəbul edilmiş qərarları protokolda rəsmiləşdirilir. Hər bir protokol pedaqoji şuranın sədri və katibi tərəfindən imzalanır.

Pedaqoji şuranın protokolu kitabı nömrələnir, qaytanlanır, direktorun imzası və məktəbin möhürü ilə təsdiq edilir. Bu sənəd məktəbdə daimi saxlanılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları