Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 15:01:00
SABAH IV Karyera Qış Məktəbi davam edir

SABAH Karyera Akademiyası çərçivəsində Şamaxıda SABAH IV Karyera Qış Məktəbinin təlimləri davam edir.

AzEdu.az xəbər verir ki, SABAH IV Karyera Qış Məktəbində 76 tələbə iştirak edir. Tələbələr gələcək karyera istiqamətləri üzrə müxtəlif təlimlərdə iştirak edirlər. Qış Məktəbində təlim və seminarlar işədüzəlmə akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edir.

Təlimin ikinci günündə müvafiq istiqamətlər üzrə Azercell şirkətinin peşəkar mütəxəssisləri Vahidə Orucova və Könül Məmmədova "Öz brendini yarat", "Effektiv təqdimat bacarıqları" , Horeca şirkətinin təsisçisi və direktoru Rəxşan Qaraşlı tərəfindən “Biznesin qurulması üçün alternativ maliyyə mənbələri" mövzusunda təlimlər keçirilib.

Həmçinin, tələbələr Vergilər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində nazirliyin Tədris Mərkəzi rəisinin birinci müavini Ceyhun Mehdiyevin “Əmək qanunvericiliyi” mövzusunda seminarda iştirak ediblər.

İntensiv təlimlərlə keçən günün sonunda tələbələrin asudə vaxtı milli kvest oyunu olan Code Tusi oyunu ilə maraqlı və əyləncəli təşkil olunub.

SABAH Karyera Akademiyası 2017-ci ildə məzun olmağa hazırlaşan SABAH tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb