https://www.zirve.edu.az/
11.02.2020 09:52
Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Hans Kristian Andersen mükafatına namizədlərin sırasında
Çap et

Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Qəşəm İsabəyli Hans Kristian Andersen mükafatına namizədlər sırasındadır.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Uşaq Kitabları Şurasının (International Board on Books for Young People – IBBY) rəsmi saytında https://www.ibby.org/awards-activities/awards/hans-christian-andersen-awards/hcaa-2020 yer alıb.

2020-ci il üzrə Hans Kristian Andersen mükafatı uğrunda 39 ölkədən 34 müəllif və 36 illüstrator mübarizə aparır.

İBBY tərəfindən 1956-cı ildə təsis olunmuş Hans Kristian Andersen mükafatı iki ildən bir təqdim olunur.

Q.İsabəyli Azərbaycanın ilk uşaq yazıçısıdır ki, “Cin” nağıl-povesti ilə Andersen Şərəf siyahısına düşüb. Onun “Balaca, bapbalaca” adlı ilk kitabı 1982-ci ildə nəşr edilib. Eyniadlı şeiri dilinin sadəliyi, ifadələrinin aydınlığı ilə seçilir. Sovet dövründə şeirləri “Murzilka” (Moskva, 1982) jurnalında dərc edilib. Beynəlxalq Uşaq Kitabları Şurasının “Bookbird” jurnalında (London, 2012) “Baba, sabahın xeyir!” hekayəsi ingiliscə çap edilib.

Q.İsabəylinin əsərləri rus, ingilis, Ukrayna, Belarus, qırğız dillərində çap olunub.