Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 11:07:00
Müəllimlərə yenidən sertifikasiyadan  keçmək üçün   nə qədər vaxt verilə bilər?-İkinci şans  

 

Hazırda direktor və müəllimləri maraqlandıran əsas məqamlardan biri müəllimlərin sertifikasiyasıdır.

Sertifikasiyadan keçməyənlərin aqibətinin necə olacağı ilə bağlı müxtəlif fikirlər səslənsə də, qanunvericilik, xüsusilə də Əmək Məcəlləsi onlara təkrar sertifikasiya şansının veriləcəyini deyir.

Bəs, yenidən sertifikasiyadan keçmək üçün müəllimlərə nə qədər vaxt veriləcək?

AzEdu.az məlumat verir ki, bu barədə Təhsil haqqında qanunun 36.2-ci maddəsində qeyd olunub. Maddəyə görə, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən sertifikatlaşdırmadan keçirlər.

Sertifikatlaşdırmadan keçənlərə 5 il dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.

Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyənlər təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Bunun üçün onlara 1 il vaxt verilir. Həmçinin, 1 il ərzində iş yeri saxlanılır.

Təkrar sertifikatlaşdırmada iştirak etməyənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Qeyd edək ki, aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər:

-Hamilə qadınlar;

-Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1  ildən az müddətdə müvafiq vəzifədə  çalışan qadınlar;

-Uşağını təkbaşına böyüdən kişilər;

-İlk dəfə işə qəbul olunanlar, 5 il müddətində;

-Azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları