Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 09:23:00
I sinifdə yarımil qiymətləri çıxarılmalıdırmı? -CAVAB

Müəllimlərin tez-tez ünvanladığı suallardan biri də   I siniflərdə heç bir qiymətləndirmə olmadığına görə jurnalda yarımil qiymətləri çıxarılması ilə bağlıdır.

AZEdu.az -ın məlumatına görə, I sinif jurnalında yarımil qiymətlər  çıxarılmayacaq. Ümumiyyətlə, I sinifdə summativdən söhbət gedə bilməz.  Əslində, I siniflərdə heç bir summativqiymətləndirmə aparılmır. Amma təbii ki, müəllim şagird bacarığını müəyyənləşdirməküçün formativ qiymətləndirmə aparmalıdır.  Bunun üçün müxtəlif təcrübələrdən istifadə oluna bilər. Məsələn, müəllim I sinif şagirdini qiymətləndirmək üçün ona ulduz verə bilər. Bu, normaldır. Amma rəsmi summativ qiymətləndirmə aparılmayacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları