Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-06 13:35:00
UNEC Tbilisi Dövlət Universiteti ilə əməkdaşlığa başlayır

Tbilisi Dövlət Universiteti Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Tamar Sulukhia Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

AzEdu.az xəbər verir ki, ali təhsil ocağının Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizovla görüşdə T.Sulukhia iki universitet arasında əməkdaşlığın genişləndirilməsi, professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi konfransların təşkili istiqamətində fikir mübadiləsi aparıb. O, həmçinin magistratura proqramları haqqında məlumat verib.

Sonra Aqil Əzizov və Tamar Sulukhia iki ali təhsil müəssisəsi arasında anlaşma memorandumunu imzalayıblar. Memoranduma əsasən, iki universitet arasında tələbə və magistr mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, konfrans və seminarların təşkili, o cümlədən distant təlimlərin aparılması nəzərdə tutulur.