https://www.zirve.edu.az/
05.02.2020 11:19
DİM yeni modelə uyğun sınaq imtahanı keçirəcək

AzEdu.az xəbər verir ki,Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Sınaq imtahanına qeydiyyat 10 fevral saat 11:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Qeyd edək ki, abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.