Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 13:40:00
Buraxılışdan azad olunlar qəbul imtahanlarında iştirak edəcəklər?-DİM-dən cavab

 

2019/2020-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında DİM tərəfindən  615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad edilib.

 AzEdu.az xəbər verir ki, həmin  şagirdləri maraqlandıran əsas məqam ali təhsil müəssisələri və ya kolleclərə qəbul imtahanları ilə bağlıdır.

Belə ki, abituriyentlər  buraxılış imtahanlarının nəticələri  əsasında   qəbul imtahanlarının birinci mərhələsi və V qrup üzrə müsabiqədə iştirak edirdilər.

DİM-dən AzEdu.az-a verilən məlumata görə buraxılış imtahanlarından azad olunan şagirdlər kolleclərə və ya universitetlərə qəbul olmaq üçün mütləq imtahan verməlidirlər.

Əks halda onlar müsabiqəyə buraxılmırlar.

Qeyd edək ki, buraxılış imtahanları 3 fənn-Azərbaycan dili, riyaziyyat, xarici dil üzrə aparılır.