https://www.zirve.edu.az/
03.02.2020 12:00
Psixoloq və direktor müavinləri üçün təlimlər keçirilib

Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin  (BŞTİ) tabeliyində  fəaliyyət  göstərən  təhsil müəssisələrində çalışan  psixoloqlar  və  təşkilati işlər üzrə direktor müavinləri  üçün yeni təlimlərə start verilib.

“Ümumi  təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində təşkil olunan təlimlər Bakı şəhərinin 12 rayonu  üzrə  bütün  ümumi təhsil məktəblərini əhatə  edəcək.

“Davranış pozuntuları və müdaxilə: yeniyetmələrdə neqativ asılılıqlar və onlarla mübarizə yolları, bulinq, psixodiaqnostika” mövzusunda təlim ilk olaraq Qaradağ və Səbail rayonlarını əhatə edib.

Qeyd edək ki, BŞTİ, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi  ümumi  təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılmasına nail olmaq,  şagirdlərin fərdi xüsusiyyətlərini inkişaf etdirmək, uşaqların psixi cəhətdən sağlamlığını təmin etmək və məktəblilərin fərdi inkişafına təkan verməkdən ibarətdir.

Təlimlərin fevral ayı boyu davam etdirilməsi nəzərdə tutulub.