Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 16:36:00
Müəllim uşağın qarnına anası üçün mesaj yazdı - FOTO

ABŞ-ın Florida ştatında bağça müəllimi uşağın qarnına anası üçün qeyd yazıb.

AzEdu.az xəbər verir ki, hadisə Sanibel şəhərində baş verib.

Müəllim bir yaşlı Milonun qarnına “Ana, mənim bezlərim qurtarıb, zəhmət olmasa, buna fikir ver”, - deyə markerlə qeyd yazıb.

Azyaşlı körpəsinin qarnında markerlə qeyd yazıldığını görən Hizer Çisum qəzəblənib.

Sosial şəbəkədə bu barədə paylaşım edən ana belə hadisənin ilk dəfə olmadığını deyib:

“Müəllim qeydi vərəqə yaza və ya şəxsən özümə deyə bilər. Amma o, bunu suya davamlı markerlə uşağın bədəninə yazıb”, - deyə ana yazının uzun müddət körpənin bədənindən silinmədiyini bildirib.

Qeyd edilir ki, bağça müdiriyyəti hadisəni törədən müəllimi işdən çıxarıb. (oxu.az)