Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 15:41:00
Dövlət qulluğu üzrə keçirilən müsahibədə indiyədək 178 namizəd uğur qazanıb

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AzEdu.az xəbər verir ki, DİM-in yanvarın 29-u saat 15:40-a olan göstəricilərinə əsasən müsahibədə indiyədək 178 nəfər uğur qazanıb. Onlardan 93-ü Qida Təhlükəsizliyi Agentliyində, 25-i Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, 3-ü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində, 1-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 1-i Milli Televiziya və Radio Şurasında, 1 nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3704 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.