Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 14:51:00
Direktor namizədlərə məktəb sənədləri barədə çox verilən sual - Aktual

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması, maliyyə-təsərrüfat sənədləri barədədir.

AzEdu.az məlumat verir ki, bu məsələlər “Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat”da qeyd olunub.

Təlimata əsasən, maliyyə-təsərrüfat sənədlərinə bunlar aiddir:

Məktəbin texniki pasportu, əsas vəsaitlərinin ventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymtəli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventarkitabı.

Olardan biri də müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəlidir

Bu cədvəl anbardan materialların verilməsinin rəsmiləşdirilməsi üçün tətbiq olunur. Cədvəldə qeydlərin elə qaydada aparılması tövsiyə edilir ki, hər növ materialın ay ərzində yekunu haqqında həmin cədvəldə əlavə iş aparılmadan məlumat almaq mümkün olsun. Cədvəl məktəbin direktoru tərəfindən təsdiq olunur və sərf olunmuş materialların silinməsi  üçün əsas hesab edilir.

Cədvəl mərkəzləşdirilmiş mühasibatlıq tərəfindən müəyyən olunmuş vaxtda oraya təqdim edilir. Məktəbdə daimi saxlanılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları