Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 15:34:00
Saatlı rayonunda keçiriləcək seminarların proqramı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 31-də Saatlı rayonunda keçirəcəyi seminarın proqramını açıqlayıb. DİM-dən AzEdu.az-a bildirilib ki, rayonun Gənclər Mərkəzində təşkil olunacaq seminarın plenar iclasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili, DİM-in yeni layihə və nəşr işləri haqqında məlumat verəcək.

Azərbaycan dili fənni üzrə seminarda DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov imtahanların proqramları, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında danışacaq.

Riyaziyyat və tarix fənləri üzrə seminarlarda isə “Gənc İstedadlar” liseyinin müəllimi Aqşin Abdullayev buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları proqramları, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında, Heydər Əliyev adına liseyin müəllimi Hafiz Cabbarov qəbul proqramı, yeni tapşırıq nümunələri və imtahan modeli haqqında çıxış edəcəklər.