https://www.zirve.edu.az/
27.01.2020 11:20
Nazir şagird sıxlığı yaşanan  əraziləri açıqladı

"Azərbaycanda müsbət demoqrafik artım var. Son illərdə ümumi təhsil sahəsində orta hesabla şagirdlərin sayı 50 min nəfər artıb".

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfansında bildirib.

Nazir deyib ki, bir sıra yaşayış məntəqələrində kifayət qədər yüksək şagird sıxlığı mövcuddur: "Bu məsələ hər zaman bizim diqqət mərkəzimizdədir. Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi, Sulutəpə, Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələrində şagird sıxlığı mövcuddur. Adları çəkilən ərazilərlə bağlı tapşırıqlar icra olunmaqdadır. Belə ki, layihələndirmə işlərinin aparılması, əlavə torpaq sahələrinin ayrılması, əlavə məktəb korpuslarının inşası nəzərdə tutulub”.