Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 12:48:00
ADA 2020-V ADA Beynəlxalq Təhsil Konfransı Təhsil 2020: Gələcəyə baxış

ADA Universiteti təhsil sahəsindəki tədqiqatçıları və təhsil işçilərini ADA Universitetinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə keçiriləcək ADA 2020: 5-ci Beynəlxalq Təhsil Konfransında öz tədqiqat sənədlərini təqdim etməyə və nəticələrini bölüşməyə dəvət edir.

ADA 2020: 5-ci Beynəlxalq Təhsil Konfransı təhsil sahəsindəki ən son inkişaf tendensiyalarını, bu sahədəki problemləri müzakirə etmək üçün alimləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirəcək elmi forumdur. Konfrans iştirakçılara ən yaxşı təcrübələri əks etdirməyə, texnologiya dövründə təhsil sektorunun qarşılaşdığı ümumi problemlərin həllini araşdırmağa təməl yaradacaqdır.

AzEdu.az xəbər verir ki, təhsil sahəsindəki inkişaf perspektivlərini müzakirə etmək və əsas narahatlıqları həll etmək üçün həyata keçiriləcək ADA 2020 Təhsil Konfransının mövzusu "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi" (2016), "Təhsilin İnkişaf Strategiyası" (2013), "İnkişaf Konsepsiyası: Azərbaycan 2020: Gələcəyə Baxış" (2012) sənədlərində bildirilən milli strateji məqsədlər və hədəflər ətrafında dövr edəcək. Bu sənədlərdə göstərilən məsələlərə uyğun olaraq, ADA Təhsil Konfransı aşağıdakı mövzuları əhatə edən tədqiqat işlərini qəbul edir:

Məktəbəqədər təhsil və erkən yaş inkişafı

İbtidai və orta təhsil

İnklüziv və Xüsusi Təhsil

Peşə təhsili

Müəllim Təhsili və İnkişafı

Təhsildə İKT

K-12 təhsili və ali təhsil alan tələbələr

Ali təhsil, böyüklər və ömürboyu təhsil

Tədris, öyrənmə, ölçmə və qiymətləndirmə

Tədris infrastrukturu

Təhsil Siyasəti və Maliyyə

Tədqiqat və institusional inkişaf

Təhsil / Liderlik mövzusunda liderlik problemləri: ən yaxşı təcrübələr, çağırışlar və təkliflər

Təhsilin qloballaşması və beynəlmiləlləşməsi 

Panel müzakirələrini, tədqiqat işlərinin təqdimatını, poster sessiyalarını bir araya gətirəcək konfransın milli və beynəlxalq təhsilin inkişafında bilik parameterlərinə və təhsil təcrübələrinin təkminləşdirməsinə nail olmaq məqsədilə daha geniş formatda həyata keçirilməsi nəzərdə tutulub. Konfransda iştirak edən müəlliflər öz tədqiqat işlərini Konfransın nəşrində dərc etdirmək imkanını əldə edirlər.

Xülasələrin təqdim olunması: 

Müraciətlər (xülasə və daha sonra təqdimatlar) Azərbaycan, ingilis və rus dillərində qəbul olunur. Xülasələrin həcmi minimum 500 sözdən ibarət olmalı və üç açar söz qeyd olunmalıdır.

Tarixlər

Xülasələrin təqdim olunması üçün son tarix: 31 yanvar 2020-ci il
Qeydiyyatın başlanması: 1 fevral 2020-ci il
Müsabiqədən keçmiş şəxslərin məlumatlandırılması: 17 fevral 2020-ci il

Yekun tədqiqat işinin təqdim olunması üçün son tarix: 27 aprel 2020-ci il

Konfransa qeydiyyat üçün son tarix: 5 iyun 2020-ci il

Konfransdan əvvəl seminar üçün tarix: 17 iyun 2020-ci il

Konfransın tarixi: 19-20 iyun 2020-ci il

Xülasələrin qəbulu

Xülasələr  Xülasə formasın-da yazılmalı, elektron poçt vasitəsi ilə  31 yanvar 2020-ci il tarixinədək ADA Universitetinin Təhsil Fakültəsinin  [email protected] ünvanına  təqdim edilməlidir. Elektron məktubun mövzu hissəsində “2020-ci il ADA Təhsil Konfransı üçün xülasə –  Adınız” başlığı qeyd edilməlidir.

Xülasə aşağıdakı hissələrdən ibarət olmalıdır:
Sərlövhə, müəllifin adı və soyadı, vəzifəsi, elektron poçt ünvanı və müvafiq tədqiqat işi ilə bağlı 3 açar söz.
Xülasənin və yekun tədqiqat işinin İşlərin təqdim olunması üçün ümumi qaydalar-a uyğun olması zəruridir. Xülasələr və yekun tədqiqat işlərinin əsli, texniki/elmi dərinliyi, dəqiqliyi və konfrans mövzusuna uyğunluğu əsasında Konfrans Tədqiqat Komitəsi tərəfindən qiymətləndiriləcəkdir. Xülasə qəbul olduğu halda müəllif nəticələr, cədvəllər, illüstrasiyalar və tövsiyyələr daxil olmaqla tam tədqiqat işini göndərməyə dəvət ediləcək.

Qeydiyyat və ödəniş

Xülasələrin və ya təkliflərin qeydiyyatı sizi konfrans üçün avtomatik olaraq qeydiyyatdan keçirmir. Konfransda iştirak etmək istəyən hər kəs qeydiyyatını tamamlamalıdır. V ADA Universiteti Təhsil Konfransı üçün onlayn qeydiyyat 1 fevral 2020-ci il tarixindən başlayaraq ADA Universiteti Konfransının internet səhifəsində yer alacaq.

Azərbaycan vətəndaşları üçün qeydiyyat haqqı 45 AZN, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər üçün 80 AZN təşkil edir.

*Ödənişə daxildir: konfrans öncəsi seminara, konfrans və plenar sessiyalara giriş, konfrans kitabçası, çay-qəhvə süfrəsi, və s.

Ödənişlər onlayn qaydada aparıla bilər:

https://online.ada.edu.az/payment/

Ödəniş 1 fevral 2020-ci il tarixindən etibarən həyata keçirilə bilər.

Odəniş həmçinin bank köçürməsi vasitəsi ilə ADA Universitetinin AZN bank hesabına köçürülə bilər. ADA Universitetinin bank hesablarını buradan əldə edə bilərsiniz:
https://doc.ada.edu.az/index.php/s/MZBbkJjEn9twHev