Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-25 10:27:00
Orta məktəb proqramı ilə bu yarışda uğur qazana bilərsiz- Ədəbiyyat siyahısı

Məlum olduğu kimi, “Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək.

İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı ilə aşağıda tanış ola bilərsiniz.

Ədəbiyyat üzrə siyahı

  1. S.H.Əliyev, B.A.Həsənov, Ə.Ə.Səfərova, Ə.Q.Quliyev. “Ədəbiyyat”. 5-ci sinif, Bakı – 2016, 2019.
  2. A.Y.Süleymanova, T.B.Bağırova, İ.İ. Muradova. “Ədəbiyyat”. 5-ci sinif, Bakı – 2016, 2019.
  3. A.Y.Süleymanova, T.B.Bağırova. “Ədəbiyyat”. 6-cı sinif, Bakı – 2017, 2019.
  4. S.H.Əliyev, B.A.Həsənov, Ə.Ə.Səfərova, A.C.Mustafayeva. “Ədəbiyyat”. 7-ci sinif, Bakı – 2016, 2018.
  5. S.H.Əliyev, B.A.Həsənov, S.Q.Məmmədova, A.C.Mustafayeva, N.V.Verdiyeva. “Ədəbiyyat”. 8-ci sinif, Bakı – 2017, 2019.
  6. S.H.Əliyev, B.A.Həsənov, A.C.Mustafayeva, N.V.Verdiyeva. “Ədəbiyyat”. 9-cu sinif, Bakı – 2016, 2019.
  7. S.H.Əliyev, B.A.Həsənov, A.C.Mustafayeva. “Ədəbiyyat”. 10-cu sinif, Bakı – 2017.
  8. İ.Ə.Həbibbəyli, S.H.Əliyev, B.A.Həsənov, A.C.Mustafayeva. “Ədəbiyyat”. 11-ci sinif, Bakı – 2018.
  9. “Ədəbiyyat”. 10 və 11-сi siniflər üçün yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçaları. “Abituriyent” jurnalının 1-ci nömrəsinin əlavəsi. – Bakı, 2019.
  10. “Ədəbiyyat”. Test toplusu. “Abituriyent” jurnalının 1-ci nömrəsinin əlavəsi. – Bakı, 2020.

Azərbaycan coğrafiyası üzrrə ədəbiyyat siyahısı

  1. E.K.Əlizadə, N.S.Seyfullayeva, İ.F.Aktoprak, Y.Ə.Şabanova. Coğrafiya. 6-cı sinif – Bakı, 2017, 2018, 2019
  2. Y.Ə.Qəribov, N.S.Seyfullayeva, Ş.Y.Hümbətova, Y.Ə.Şabanova, T.M.İsmayılova. Coğrafiya. 7-ci sinif – Bakı, 2016, 2018.
  3. Z.N.Eminov, Q.M.Səmədov, A.R.Əliyeva. Coğrafiya. 8-ci sinif – Bakı, 2017, 2019.
  4. E.K.Əlizadə, N.S.Seyfullayeva, İ.F.Aktoprak, Y.Ə.Şabanova. Coğrafiya. 9-cu sinif – Bakı, 2016, 2019
  5. Y.Ə.Qəribov, O.K.Alxasov, Ş.H.Hüseynli, M.H.Babayeva. Coğrafiya. 10-cu sinif – Bakı, 2017, 2018, 2019
  6. N.S.Seyfullayeva, Z.İmrani, Y.Ə.Şabanova. Coğrafiya. 11-ci sinif – Bakı, 2018
  7. Coğrafiya. 6-11-ci siniflər üçün “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları” kitabları. "Abituriyent" jurnalının1-ci nömrəsinin əlavəsi. – Bakı, 2017, 2018, 2019
  8. Coğrafiya. Test toplusu."Abituriyent" jurnalının 1-ci nömrəsinin əlavəsi. – Bakı, 2019
  9. Coğrafiya. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait. – Bakı, 2016

 Azərbaycan tarixi üzrə ədəbiyyat siyahısı

  1. Azərbaycan tarixi. 6-cı sinif üçün dərslik. V.Əliyevin ümumi redaktorluğu ilə. – Bakı, 2017, 2018
  2. Azərbaycan tarixi. 7-ci sinif üçün dərslik. Y.Mahmudlunun ümumi redaktorluğu ilə. – Bakı, 2018
  3. Azərbaycan tarixi. 8-ci sinif üçün dərslik. Y.Mahmudlunun ümumi redaktorluğu ilə. – Bakı, 2017, 2018, 2019
  4. Azərbaycan tarixi. 9-cu sinif üçün dərslik. Y.Mahmudlunun ümumi redaktorluğu ilə. – Bakı, 2016, 2019
  5. Azərbaycan tarixi. 10-cu sinif üçün dərslik. T.Əliyevin ümumi redaktorluğu ilə. – Bakı, 2017, 2018, 2019
  6. Azərbaycan tarixi. 11-ci sinif üçün dərslik. P.Ağalarovun ümumi redaktorluğu ilə. – Bakı, 2018, 2019
  7. Azərbaycan tarixi. 6-11-ci siniflər üçün “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları” kitabları. “Abituriyent” jurnalının 1-ci nömrəsinin əlavəsi – Bakı, 2019.
  8. Tarix. Test toplusu. “Abituriyent” jurnalının 1-ci nömrəsinin əlavəsi. – Bakı, I hissə 2019, II hissə 2020.

 İqtisadiyyat üzrə ədəbiyyat siyahısı

  1. Atakişiyev M.C., Abbasov H.М., Abbasova H.N. Mikro və makroiqtisadiyyat. – Bakı: Azərnəşr, 2010.
  2. Dornbuş R., Fişer S., Stars R. Makroiqtisadiyyat. /tərc. edən V. Əhmədov, Ş. Adıgözəlov. / – Bakı, 2015.
  3. İqtisadi nəzəriyyə. Makroiqtisadiyyat - 1, 2. Metaiqtisadiyyat. Ali məktəb tələbələri üçün dərslik /Q.P.Juravlyova (red.). Ə.P. Babayevin ümumi redaktəsi ilə (Azərbaycan Dövlət İqtisad Universitetində tərcümə olunmuş dərsliklər) – Bakı: CBS, 2009.
  4. İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat - 1, 2. Mezoiqtisadiyyat. Ali məktəb tələbələri üçün dərslik /Q.P.Juravlyova

Yüksəliş müsabiqəsinin qabiliyyət testləri blokunun imtahan proqramı Verbal test tapşırıqları

Verbal bölməyə aid olan test tapşırıqları ilə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə qabiliyyətləri yoxlanılır. Bu bölmədən olan tapşırıqların aşağıdakı formaları var:

-analogiya ilə bağlı tapşırıqlar (analogiyaya görə sözün və ya sözlərin seçilməsi); -anaqramların həllinə əsaslanan tapşırıqlar (anaqramları həll etməklə fərqli sözün seçilməsi, uyğunluğun müəyyənləşdirilməsi və s.);

-cümlə və ya mətn formasında verilənlərlə bağlı tapşırıqlar (mətnin məntiqi təhlili, qoyulan şərtə əsasən məntiqi nəticənin tapılması, mətnin məzmunu ilə bağlı sualın cavablandırılması və s.).

Fiqrularla bağlı test tapşırıqları

 Bu bölməyə aid olan test tapşırıqları vizual məlumatı (fiqur və ya şəkil formasında verilənləri) təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə qabiliyyətlərini yoxlayır. Bu bölmədən olan tapşırıqların aşağıdakı formaları var:

-analogiyaya görə şəklin seçilməsi; şəklin məntiqi tamamlanması, sıranın davam etdirilməsi;

-fiqurun (şəklin) hissələrinin xəyalən birləşdirilməsi və ya ayrılması; fiqurun hissələri arasında fəza münasibətlərinin müəyyən edilməsi (verilmiş fəza fiqurunun açılışının tapılması, verilmiş açılışa görə fiqurun fəza görünüşünün tapılması, verilmiş bir və ya bir neçə görünüşə görə mümkün olan digər görünüşün tapılması və s.);

-simmetriyanın müəyyən edilməsi (qatlanaraq kəsilmiş kağızın açılışının tapılması və s.);

-şifrlənmiş məlumatın açılması; verilmiş təlimata uyğun həll edilməsi tələb olunan digər tapşırıqlar.

Məntiq-riyazi test tapşırıqları.

 Məntiqi-riyazi bölməyə aid olan test tapşırıqları praktiki riyazi təfəkkürün inkişaf səviyyəsini, ədədlər arasındakı qanunauyğunluğu aşkar etmək qabiliyyətini qiymətləndirir. Bu bölmədən olan test tapşırıqlarının həlli zamanı bakalavrların işinin səmərəliliyi müəyyən qədər onların elementar riyazi biliklərinin olmasından asılıdır. Məntiqi-riyazi test tapşırıqlarının aşağıdakı formaları vardır:

-verilmiş nümunələrə (müxtəlif şəkildə təqdim oluna bilər) əsasən riyazi qanunauyğunluğun tapılması və (və ya) tətbiq edilməsi;

-məntiqi-riyazi məsələlər; qrafik şəkildə verilənlərin təhlilinə əsaslanan tapşırıqlar.

 Sürətli düşünmə ilə bağlı test tapşırıqları

Sürətli düşünmə bölməsinə aid olan test tapşırıqları müxtəlif məsələlərin sürətli analiz və həll etmək qabiliyyətini qiymətləndirir. Sürətli düşünmə test tapşırıqlarının aşağıdakı formaları vardır:

-rənglərlə bağlı qanunauyğunluğun tapılması və (və ya) tətbiq edilməsi;

-söz və şəkillərin (və ya işarələrin) uyğunluğunun tapılması;

-sözlərdə buraxılmış hərflərin (və ya cümlələrdə buraxılmış sözlərin) tapılması;