Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 15:46:00
Sertifikasiya müəllimlərin çiyinlərinə nə kimi məsuliyyətlər qoyur?-TƏHLİL

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının qanuna edilən dəyişiklər əsas götürülməklə, müəllimlərin sertifikatlaşdırılması gündəmə gəlib. 

Sertifikasiya Azərbaycan Respublikasında  Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan  zəruri tədbirlərdəndir. Sertifikatlaşdırma – müəllimlərin peşəkarlıq səviyyəsi və peşə səriştəliliyinin yoxlanılması prosesidir”.

 Bu fikirləri professor Akif Abbasov mövzu ilə bağlı AzEdu.az-a danışarkən səsləndirib. O qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin  səviyyəsinin artırılmasına xidmət göstərir:

“Məlum olduğu  kimi, idarə, müəssisə və təşkilatlarda çalışan şəxslər əmək qanunvericiliyinə əsasən 5 ildən bir attestasiyaya cəlb olunurlar. Həmin məsələ pedaqoji peşə sahibləri bu mənada  sertifikasiyadan keçməli olurlar. Müəllimlərin sertifikasiyasının 5 ildən bir həyata keçirilməsi məqsədəuyğun hesab edilir. Sertifikatlaşdırma zamanı təhsilverənlərin  ixtisaslarına uyğun bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi, nəticələrə əsasən peşəkarlıq və səriştəliliyinin inkişaf etdirilməsi mümkün olur. Hər bir müəllim qiymətləndirilir. Onların metodik hazırlığının və pedaqoji ustalığının  səviyyəsi öyrənilir. Sertifikasiya təhsilin inkişafına yönəlmiş addımdır. Sertifikatlaşma imkan verir ki, yaxşı nəticə göstərən müəllimlər yüksək əməkhaqqı alsınlar”.  

“Bəzən belə sual meydana çıxır: sertifikasiya diaqnostik qiymətləndirmədən  nə ilə fərqlənir?”

O həmçinin sertifikasiya və diaqnostik qiymətləndirmənin fərqindən də danışıb.

“Diaqnostik qiymətləndirmə zamanı müəllimin ixtisasa yiyələnmə səviyyəsi və metodik bilikləri yoxlanılır, nəzəri və metodik  hazırlığı müəyyən olunur. Lakin müəllimə biliyinin qiymətləndirilməsinə   görə hər hansı   sənəd təqdim olunmur.

Sertifikatlaşdırmada isə müəllimə   sertifikat verilir. Sertifikatlaşdırma müəllimin üzərinə mühüm məsuliyyət qoyur”. 

Prof. A.Abbasov bu qiymətləndirmənin attestasiyadan fərqini də diqqətə çatdırıb:

Sertifikasiya attestasiyadan fərqli prosesdir. Qiymətləndirmənin köməyi ilə  onun pedaqoji qabiliyyətlərinə aydınlıq gətirilir. Sertifikasiya zamanı müəllimin   fəaliyyəti hərtərəfli  qiymətləndirilır.   Onların dərslərinə münasibət bildirilir,  pedaqoji fəaliyyətinin  monitorinqi aparılır. Sertifikasiyanın uğurlu nəticələnməsi gələcəkdə müəllimlərin attestasiyasını sıradan çıxaracaqdır”.   

  “Sertifikatlaşmanın nəticəsi pedaqoji peşə sahiblərinin fəaliyyətlərinin stimullaşdırılmasına imkan verir”- A.Abbasov sözlərinə əlavə edib.