Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 14:29:00
Dünyanın ən böyük teleskopu yerdənkənar intellektin axtarışı ilə məşğul olacaq

Çində dünyanın ən böyük “FAST” adlı teleskopu rəsmi olaraq istifadəyə verilib.

AzEdu.az-ın məlumatına görə, TED.az xəbər verir ki, Quayçjou əyalətində yerləşən teleskop pulsarların (yüksək maqnitləşmiş, böyük sürətlə fırlanan neytron ulduz) axtarışı və tədqiqi ilə məşğul olacaq. Artıq iki pulsar sınaqlar zamanı “FAST” tərəfindən 2017-ci ilin avqustunda kəşf edilib. Diametri 500 metr təşkil edən teleskop tədqiqatlar zamanı səthin 300 metrindən istifadə edir.

Pulsarlarla yanaşı, teleskopdan yerdənkənar intellektin axtarışı üçün istifadə planlaşdırılır.

Sınaqlar zamanı “FAST” qurğusundan Günəşdən yalnız 100 işıq ili uzaq məsafədə yerləşən və maqnit sahəsinə malik ekzoplanetlərin öyrənilməsi üçün istifadə olunub.

“Göy cisimlərinin siqnallarının müşahidə edilməsi prosesində yerdənkənar sivilizasiyalardan gələ biləcək siqnallar da toplanılıb. Lakin tutulan siqnalların 99 faizi müxtəlif küylərdir”, – deyə, “FAST” Operativ Texnoloji Mərkəzinin Elmi müşahidələr və məlumatlar şöbəsinin direktoru Çju Min qeyd edib.