Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 10:12:00
Almaniyada təhsil üçün təqaüd proqramları – Bu fürsətlər qaçılmaz  

Almaniyada təqaüdlə təhsil almaq istəyənlər DAAD proqramından yararlana bilərlər. DAAD-ın azərbaycanlı müraciətçilər üçün müxtəlif təqaüd proqramları mövcuddur.

AzEdu.az həmin təqaüd proqramlarını təqdim edir:

Ali məktəb müəllimləri və alimlər üçün tədqiqat təqaüdü

Bir qayda olaraq doktoranturanı bitirmiş şəxslər hər hansı bir ali məktəbdə və ya tədqiqat institutunda işləyən ali məktəb müəllimi və ya alimlər iştirak edə bilərlər.

Təsvir: Almaniyada ali məktəbdə və ya tədqiqat institutlarında tədqiqat və iş layihəsinin maliyyələşdirilməsi.

Təqaüd- aylıq 2.000 avro

-səyahət xərcləri

Müddət 1-3 aylıq

İncəsənət və memarlıq ixtisaslarını tədris edən ali məktəb müəllimləri üçün səfər təqaüdü

Aşağıdakı ixtisaslar üzrə ali məktəb müəllimləri iştirak edə bilərlər.

Memarlıq

Tətbiqi incəsənət, dizayn və film

Təsviri incəsənət (aktyorluq, rejisorluq, rəqs, xeoqrafiya və s.)

Musiqi

Təsvir: Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat və iş layihələrinin maliyyələşdirilməsi.

Təqaüd -aylıq 2.000 avro

-səyahət xərcləri

Müddət 1-3 aylıq

 

Sabiq təqaüdçülər üçün yenidən dəvət təqaüdü

6 aydan çox maliyyələşdirilmiş DAAD tədqiqat və ya təhsil təqaüdçüləri iştirak edə bilərlər.

Təsvir: Almaniyada ali məktəbdə və ya tədqiqat institutlarında tədqiqat və iş layihələrinin maliyyələşdirilməsi.

Təqaüd - aylıq 2.000 avro

-səyahət xərcləri

Müddət  1-3 aylıq

Bir qrup xarici tələbələrin Almaniyaya təhsil səfəri təqaüd proqramı

Ali məktəb müəllimləri iştirak edə bilərlər.

Təsvir: Müəllimin müşayiəti ilə ən çoxu 15 tələbədən ibarət qrupun təhsil səfərinin maliyyələşdirilməsi.

Təqaüd - hər günə görə bir nəfərə düşən ödəniş

-səyahət xərcləri

Müddət 7-12 gün

Tədqiqat təqaüdü - İllik təqaüd

Doktorantlar, təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar iştirak edə bilərlər.

Təsvir: Alman elmi rəhbərin razılığı ilə Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat layihəsinin maliyyələşdirilməsi

-Təqaüd-aylıq 850-1.200 € təqaüd

-sığorta xərcləri

-səyahət xərcləri

-ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş

-əlavə ödəniş

Müddət: 7-12 aylıq

Tədqiqat təqaüdü - Qısa müddətli təqaüd

Doktorantlar, təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar və fəlsəfə doktorları. Almaniyada təhsil alan doktorantlar müraciət edə bilməzlər.

Təsvir: Alman elmi rəhbərin razılığı ilə Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat layihəsinin maliyyələşdirilməsi

-Təqaüd aylıq 850-1.200 € təqaüd

-sığorta xərcləri

-səyahət xərclər

Müddət 1-6 aylıq

 

Tədqiqat təqaüdü – Doktorantura

Təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar iştirak edə bilərlər.

Təsvir: Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında doktorantura təhslinin maliyyələşdirilməsi

-aylıq 1.200 € təqaüd

-sığorta xərcləri

-səyahət xərcləri

-ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş

-əlavə ödəniş.

Müddət maksimum 4 illik

 

Tədqiqat təqaüdü – “Bi-National doktorantura / Cotutelle”

Doktorantlar, təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar iştirak edə bilərlər.

Təsvir: Azərbaycanda və Almaniyada elmi rəhbər olmaqla Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqatın müəyyən bir hissəsinin maliyyələşdirilməsi

-aylıq 1.200 € təqaüd

-sığorta xərcləri

-səyahət xərcləri

-əlavə ödəniş

Müddət maksimum 2 illik

Məzunlar üçün təqaüd proqramları

İnkişaf siyasəti ilə bağlı ixtisaslar üçün master təqaüdü (EPOS)

Ən azı iki illik iş təcrübəsi olan məzunlar iştirak edə bilərlər

-aylıq təqaüd

-sığorta xərcləri

-səyahət xərcləri

Müddət 1-3 il

ERP - iqtisadiyyat sahəsi üzrə master təqaüdü

Təhsilinin sonuncu kursunda oxuyan tələbələr, ali məktəb məzunları iştirak edə bilərlər.

Təsvir: Almaniyada ali məktəblərdə iqtisadiyyat üzrə master təhsilinin maliyyələşdirilməsi

-aylıq 850 € təqaüd

-sığorta xərcləri

-səyahət xərcləri

-əlavə ödəniş

Müddət 18-24 ay

Bütün ixtisas sahələri üzrə təhsil almış  məzunlar üçün master təqaüdü

Təhsilinin sonuncu kursunda oxuyan tələbələr, ali məktəb məzunları iştirak edə bilərlər

Təsvir: Almaniyada ali məktəblərdə bütün ixtisaslar üzrə master təhsilinin maliyyələşdirilməsi

-aylıq 850 € təqaüd

-sığorta xərcləri

-səyahət xərcləriailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş

-əlavə ödəniş

Müddət 10-24 ay

 

İncəsənət, memarlıq dizayn və musiqi ixtisaslı məzunlar üçün master təqaüdü

Alman ali məktəbi ilə əlaqə saxlamış və razılıq məktubu olan aşağıdakı ixtisaslar üzrə məzunlar iştirak edə bilər

Memarlıq;

Tətbiqi incəsənət, dizayn və film;

Təsviri incəsənət (aktyorluq, rejisorluq, rəqs, xeoqrafiya və s.);

Musiqi.

Təsvir: Alman ali məktəblərində incəsənət, memarlıq dizayn və musiqi ixtisasları üzrə master təhsilinin maliyyələşdirilməsi

-aylıq 850 € təqaüd

-sığorta xərcləri

-səyahət xərcləri

-ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş

-əlavə ödəniş

Müddət 10-24 ay

Bakalavr və magistr tələbələri üçün təqaüd proqramı

Almaniyada yay dil kursu təqaüdü

Bakalavr təhsilinin ilk və son kursunda oxumayan tələbələr, birinci kurs master tələbələri iştirak edə bilərlər

Təsvir: Almaniyada dil, ixtisas və ya ölkəşünaslıq kursunun maliyyələşdirilməsi

-Təqaüd birdəfəlik 1575 € (kurs seçimindən asılı olmayaraq)

-3-4 həftə

Günel Yaşarqızı
Müəllifin digər yazıları