Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-20 11:13:00
LDU-nun kollektivi Şəhidlər Xatirə  Abidə Kompleksini ziyarət edib

Bu gün Azərbaycan xalqının tarixində ən ağrılı, həm də qanla yazılmış şərəf, qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsindən 30 il ötür.Faciənin ildönümündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti başda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov olmaqla  Lənkəran şəhərinin mərkəzindəki  Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının –azadlıq mücahidlərinin ruhu ehtiramla anılıb, məzarları üzərinə tər qərənfillər düzülüb.

 Xatırladaq ki,20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət  Universitetində silsilə  tədbirlər keçirilib.Yanvarın 17-də ilk dərslər faciə qurbanlarına həsr olunub, universitetin kitabxanasında faciəni əks etdirən  kitab sərgisi təşkil olunub.Həmçinin “20 Yanvar faciəsi xalqımızın vətənpərvərlik hissinin qüdrətini göstərən zəfər salnaməsidir” adlı  seminar keçirilib.