![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_robot_448.jpg)
ABŞ-ın Vermont Universitetinin alimləri tamamilə canlı hüceyrələrdən ibarət ilk robotu hazırlayıblar.
AzEdu.az xəbər verir ki, alimlər öz ixtiralarını ksenobotlar adlandırıblar. Biorobotlar 500-1000 hüceyrədən ibarət submillimetr ölçüdə kiçik kürəciklərdir. Onlar hərəkət edə, bir yerə cəmlənə və kiçik “yükləri”, məsələn dərmanları daşıya bilirlər.
Tədqiqatçılar superkompüter və alqoritmlərdən istifadə edərək “Xenopus laevis” qurbağasının dərisi və ürəyinin bir neçə yüz hüceyrəsini müxtəlif konfiqurasiyalarda birləşdirə biliblər. Alimlər lazımi, məsələn hərəkət etmək bacarığı ilə bağlı parametrləri yeridiblər, alqoritm isə bu tapşırıq üçün uyğun hüceyrələr qrupunu generasiya edib. Ümumilikdə minə qədər konfiqurasiya generasiya edə biliblər. Alimlər onlardan ən yaxşılarını mikroskopik maqqaş və elektrodla seçib götürüblər.
Maşınlar suda bir həftə ərzində əlavə qidalandırıcı maddəyə ehtiyac olmadan hərəkət ediblər. Dəri hüceyrələri ksenobotların gövdəsi rolunu oynayıb, ürək əzələlərinin hüceyrələri isə onların hərəkət etmək bacarığını təmin edib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)