Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 14:14:00
“20 Yanvar - Xalqımızın hüzn, həm də şərəf günüdür”

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “20 Yanvar - Xalqımızın hüzn, həm də şərəf günüdür” mövzusunda “dəyirmi masa” keçirilib. Tarix fakültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov tədbiri giriş sözü ilə açaraq bildirib ki, vətən və torpaq öz şəhidləri ilə ucalır. 20 Yanvar faciəsinin xalqımızın hüzn, həm də şərəf günü olduğunu bildirən İ.Zeynalov müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu vurğulayıb.

“Dəyirmi masa” iştirakçıları Rövşən Hətəmov, Boran Əziz, Azad Rzayev, İsmayıl Məmmədov, Sevda Hüseynova, Mehman Abdullayev faciənin Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən bəhs ediblər. Qanlı hadisələrin törədilməsində əsas məqsəd, nəticələri və ibrət dərsləri haqqında müzakirələr aparılıb, onun Azərbaycan xalqının müstəqillik uğrunda azadlıq mübarizəsinin dönüş nöqtəsi olduğu qeyd olunub. Tarixçi-alimlər ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsi və onun təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilməsi barədə də danışıblar.

Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Yanvarın 15-də BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanlığının, Beynəlxalq əlaqələr şöbəsinin, Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə universitetin Heydər Əliyev Mərkəzində əcnəbi tələbələr üçün “Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova “20 Yanvar faciəsi müstəqillik yolumuzdur” mövzusunda çıxış edib. X.Sultanovanın çıxışında 20 Yanvar faciəsinin mahiyyət və məzmunu konkret tarixi faktlar əsasında öz əksini tapıb.

Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova çıxış edərək bu tədbirin əcnəbi tələbələrin 20 Yanvar faciəsi haqqında məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və dekanlığın bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosent əvəzi Sevda Əhmədova rus dilində əcnəbi tələbələr qarşısında 20 Yanvar faciəsi barədə mühazirə ilə çıxış edərək, faciənin baş verdiyi dövrün tarixi-siyasi şəraitini geniş təhlil edib, bu hadisənin xalqımızın milli-azadlıq hərəkatına böyük təkan verdiyini vurğulayıb.

Sonra tədbirdə 20 Yanvar faciəsini əks etdirən “20 Yanvar - qanlı tariximiz” adlı sənədli film nümayiş etdirilib.

Diskussiya formasında davam edən tədbirdə əcnəbi tələbələrin sualları ətraflı cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

Tədbirdən sonra əcnəbi tələbələrə BSU-nun foyesində təşkil edilmiş 20 Yanvar faciəsi ilə bağlı kitab sərgisi barədə məlumat verilib, həmçinin Azərbaycanın Milli Qəhrəmanlarının və universitetin şəhid məzunlarının stendinə baxış keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi” mövzusunda bilik yarışı keçirilib.

Bilik yarışında 75, 142, 155, 198 və 209 nömrəli tam orta məktəblərin V sinif şagirdləri iştirak ediblər.

Yarış istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, həmçinin  vətənpərvərlik  hisslərini  daha  da möhkəmləndirmək, tarixi hadisələrə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək məqsədlərinə xidmət edir.

Bilik yarışının nəticələrinə əsasən 155 nömrəli tam orta məktəbin komandası I, 198  nömrəli  tam  orta  məktəbin  komandası II, 75 nömrəli tam orta məktəbin komandası III yeri tutublar. 209 və 142 nömrəli  tam  orta  məktəblərin  komandaları isə həvəsləndirici yerə layiq görülüblər.

20 Yanvar tədbirlər planına uyğun olaraq Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbində “Unutsaq  unudularıq”  adlı  Vətənpərvərlik  mövzusunda  tədbir  keçirildi.  Tədbirdə Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov, Qarabağ Veteranları Təşkilatının sədri Canəli Gurmətov, Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin nümayəndəsi, şəhid Sərvər Abdulkərimovun oğlu Fərrux Abdulkərimov, şəhid Nəcəf Balaqardaşovun qardaşı Balaşirin Balaqardaşov, Qarabağ qazisi Həsən Abdullayev, Məcidov Ramik, kənd mədəniyyət evinin, kənd kitabxanasının nümayəndələri,məktəbin müəllim və şagird heyəti iştirak etmişlər. Tədbirdən əvvəl qonaqlar məktəbdə şəhidlərimizin xatirəsinə yaradılmış güşə və məktəbin hərbi otağı ilə tanış olublar. Tədbirdə Quba-Qusar batalyonu və Milli Qəhrəman Çingiz Qurbanovdan bəhs edən videoçarx izlənilib. Şagirdlər onları maraqlandıran suallarla bağlı qonaqlara müraciət ediblər, aşağı sinif şagirdlərinin ifasında şeirlər dinlənildi.

Tədbirdə Azərbaycan ordusunun mübarizə əzmindən söz açıldı, şəhidin atası Salman Qurbanov yeniyetmələrə öz tövsiyələrini bildirdi.