Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 17:32:00
Ləman Ələşrəfqızı kimsəsiz adaya özüylə bu kitabları aparardı - RUBRİKA

AzEdu.az  “Kitab  çantası ” rubrikasını davam etdirir.

Qeyd edək ki, rubrikanın məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək, onlara kitab oxumağı aşılamaqdır.

Məsələ belədir, bəzən, dahi şəxslərə də bu sualı veriblər: əgər kimsəsiz adaya, heç kəsin yaşamadığı bir yerə getsəniz, özünüzlə hansı kitabları götürərsiniz?

Cavablar çox müxtəlif olub... Hərə özünün “kitab çantasında” olacaq  tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.

Rubrikamızın növbəti qonağı Əməkdar jurnalist Ləman Ələşrəfqızıdır.

Görək, onun “kitab çantası”nda nələr var:

  1. Viktor Hüqo “Səfillər”;
  2. Lev Tolstoy “Anna Karenina”;
  3. Onore de Balzak "Qorio ata";
  4. Gi de Mopassan “Həyat”;
  5. Qabriel Qarsia Markes “Vəba günlərində eşq”;
  6. Mirzə Ələkbər Sabir “Hophopnamə”;
  7. Artur Heyne “Aeroport”;
  8. Cəlil Məmmədquluzadə “Seçilmiş əsərləri”;
  9. Teodor Drayzer “Cenni Herhardt”;

10.Cerom Selincer “Çovdarlıqda uçurumdan qoruyan”.

Əlavə olaraq:

“Təbii ki, daha da mükəmməl əsərlər var. Məsələn, Qabriel Qarsia Markes və Anton Çexovun mükəmməl əsərlərinin olduğu bildirə bilərəm. Anton  Çexovun əsərlərini çox sevirəm. Onu da bildirim ki, Cəlil Məmmədquluzadənin əsərləri stolüstü kitabımız olmalıdır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları