https://www.zirve.edu.az/
12.01.2020 11:25
Qlobal istiləşmənin nəticələri ilə bağlı qorxulu xəbərdarlıqlar 

2019-cu il son 140 ilin ən isti ikinci ili olub.

AzEdu.az xəbər verir ki, bunu Avropa İttifaqı Atmosferi Müşahidə və İqlim Dəyişikliyi Xidməti açıqlayıb.

140 ildir ki, planetimizin temperaturunu qeydə ala bilirik və bu bilgilərə əsasən, 2019-cu ildə havanın temperaturu 0.59 °C-dən çox olub.

Qeyd edək ki, bu günə qədər qeydə alınan ən isti il 2016-cı il olub.

"Christian Aid" tərəfindən yayımlanan hesabatda qlobal istiləşmənin nəticələri ilə bağlı qorxulu xəbərdarlıqlar var.

Belə ki, dünyadakı bütün buzlaqların əriyəcəyi təqdirdə dəniz səviyyəsi, orta hesabla, 65 metrə qədər yüksələcək. Bu da dəniz səviyyəsinə yaxın bütün quru parçalarının suyun altında qalması deməkdir.

Hesabata görə, bütün buzlaqların əriməsindən ən radikal şəkildə təsirlənəcək ölkələrdən biri İngiltərədir.

Bir müddət əvvəl ABŞ Milli Kosmos və Aviasiya İdarəsi də təhlükənin səviyyəsini diqqətə çatdırmaq üçün 1880-ci ildən bəri dəyişiklikləri göstərən materialları yayımlamışdı. (publika.az)