![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_Education-Essay-Topics-800x400_142.jpg)
Ölkəmizdə 3 dövlət (AZTV, Mədəniyyət TV, İdman TV),1 İctimai (İTV),8 özəl (Space, Lider TV, ATV, Xəzər TV, ARB, ARB24, CBC Sport, Real TV),11 regional (Naxçıvan TV, Kanal 35, Kəpəz TV, Mingəçevir TV, Qafqaz TV, Dünya TV,ARB Şimal,ARB Cənub,ARB Şəki, ARB Aran, ARB Günəş), 3 peyk televiziyası (Muz TV, Dalğa TV,CBC) fəaliyyət göstərir.
Hər bir kanalın inzibati idarəçilik fəaliyyətinə onun rəhbəri (direktor) başçılıq edir.
AzEdu.az Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının rəhbərlərinin təhsillərini təqdim edir:
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətininin sədri (AZTV)-Rövşən Məmmədov-1996-2000 -ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 2000–2002-ci illərdə BDU-nun Beynəlxalq Jurnalistika kafedrasının magistratura səviyyəsini başa vurub. 2003-2006-cı illərdə BDU-nun Jurnalistikanın Nəzəriyyəsi və Təcrübəsi kafedrasının aspirantı olub. 2009-2016-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya və Jurnalistika kafedrası üzrə doktorluq dərəcəsini alıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən Mədəniyyət TV-nin baş direktoru-Ramil Qasımov-2001-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin opera və kamera ifaçısı, musiqişünas ixtisasını bitirib.Sonra isə Gürcüstanın Musiqi Akademiyasının vokal ixtisası üzrə magistr səviyyəsini başa vurub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. İdman TV-nin baş direktoru-Elsevər Dünyamalıyev-1986-1990-cı illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
İctimai Televiziya və Radio yayımları şirkətinin (İTV) baş direktoru -Balakişi Qasımov-Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasını bitirib.
Azad Azərbaycan Teleradio yayım şirkətinin (ATV) baş direktoru-Azər Xəlilov-Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitrib.
Xəzər TV-nin prezidenti-Murad Dadaşov-1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib.
Space TV-nin rəhbəri-Vaqif Mustafayev-Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (İndiki UNEC),sonra isə Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun rejissor bölməsini bitirib.
Lider TV və Radio MMC-nin prezidenti-Ədalət Əliyev- 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
Real TV-nin baş direktoru-Mirşahin Ağayev-Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
ARB24-ün rəhbəri Radik İsmayılov-1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 2001-2003-cü illərdə isə həmin fakültənin magistr dərəcəsini alıb.
CBC Sport-un direktoru Volkan Üst-Marmara Universitetinin İctimaiyyətlə Əlaqələr fakültəsini bitirib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)