Azedu.az

Dünyanın ən ağıllı şəhərləri bəlli oldu

11 Yanvar 2020, 10:20
Dünyanın ən ağıllı şəhərləri bəlli oldu

Yaxın qonşularımızdan Moskvanın 72-ci, Ankaranın 74-cü pillədə qərarlaşdığı siyahıda Bakının adı, təəssüf ki, yoxdur.

Sinqapur, Oslo və Sürix dünyanın ən ağıllı (texnoloji cəhətdən) şəhərlərinin reytinqində ilk yeri tutub.

AzEdu.az xəbər verir ki, bu, Dünya Rəqabətqabiliyyətlilik Mərkəzinin (IMD) Smart City Rəsədxanası və Sinqapur Texnologiya və Dizayn Universitetinin birgə araşdırması ilə təsbit edilib.

Bu siyahıdakı onluqda Cenevrə, Kopenhagen, Oklend, Taybey, Helsinki, Bilbao və Düsseldorf da yer alıb. Hesablamalarda əsasən səhiyyə, vətəndaşların təhlükəsizliyinin təminatı, mobillik (nəqliyyatın əlçatanlığı), ictimai aktivlik, imkanlar və şəhərin idarəedilməsi kimi göstəricilər nəzərə alınıb.

Yaxın qonşularımızdan Moskvanın 72-ci, Ankaranın 74-cü pillədə qərarlaşdığı siyahıda Bakının adı, təəssüf ki, yoxdur. (Sputnik Azərbaycan)

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox