Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 10:00:00
3 əcnəbi tələbə qızın ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda 3 qızın tüstüdən zəhərlənməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə AzEdu.az -a Bakı Şəhər Prokurorluğundan bildirilib. Belə ki, hadisə ilə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, Qərbi Xəzər Universitetinin tələbələri olan 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayuki dünən axşam radələrində yaşadıqları mənzildə baş verən yanğın zamanı tüstüdən boğularaq ölüblər.