![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_yaquq_975.jpg)
Finlandiyanın nüfuzlu Turku Universitetində çalışan azərbaycanlı xanım professor
Finlandiya elmin inkişafına görə dünyanın lider ölkələrindən sayılır. Fin universitetlərində professor kimi çalışmaq asan olmasa da, bunu bacaran həmyerlilərimiz də var.
Haqqında söhbət açacağımız şəxs - xanım Yaqut Allahverdiyeya-Rinne Finlandiyanın ən reytinqli ali təhsil ocaqlarından biri olan Turku Universitetinin əsas simalarındandır.
Yaqut Allahverdiyeva 2001-ci ildə Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunda fəsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Həmyerlimiz 2002-ci ildə Turku Universitetinin Molekulyar Bitki Biologiyası qruplarına qoşulub, 2009-cu ildə bu universitetdə əvəzedici professor vəzifəsində çalışıb.
2010-cu ildə Molekulyar Bitki sahəsində araşdırmaçı kimi işləməyə başlayıb. 2017-ci ildə dosent elmi adını qazanıb.
Yaqut Allahverdiyeva Turku Universitetinin Biokimya Departamentində Fotosintez və Bioenergetika fənlərini tədris edir, həmçinin Elm və Mühəndislik fakültəsində də çalışır.
Turku Universitetinin sayılıb-seçilən professorlarından olan Yaqut Allahverdiyevanın əsas araşdırma sahəsi fotosintez, bioyanacaq, kimyəvi maddələrin istehsalı və çirkab suların təmizlənməsi istiqamətindədir.
Yaqut Allahverdiyeva Finlandiyada “NordAqua Nordic” Mükəmməllik Mərkəzi və “SmartBio Biocity” Turku Araşdırma Proqramına rəhbərlik edir.
Həmyerlimiz Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyəti, Avropa Bitki Elmi Təşkilatının üzvüdür, 60-dan çox elmi məqaləsi beynəlxalq jurnallarda dərc edilib.
Turan OSMANLI
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)