Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 12:19:00
“Folklor və yazılı ədəbiyyat. Biblioqrafiya” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat. Biblioqrafiya” kitabı nəşr olunub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, kitab folklor və yazılı ədəbiyyatla bağlı tədqiqatları əhatə edir. Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev, tərtibçiləri filologiya elmlər doktoru İslam Sadıq və filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovadır.