Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 10:31:00
Bu şəxslərin direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə  iştirakı qadağandır – Qaydalar

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran  məsələlərlə bağlı yazılar yayımlayır.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə  kimlərin iştirak etmək hüququnun olması artıq çoxlarına məlumdur.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda bu müddət 3 ildir.

Bəs, uzun müddət direktor vəzifəsində olmuş, işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılmış şəxslər yenidən direktorların işə qəbul müsabiqəsində iştirak edə bilərlər?

AzEdu.az məlumat verir ki,  yol verdikləri nöqsanlara görə nəinki direktor, hətta direktor müavini vəzifəsindən azad olunan şəxs də orta ümumtəhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, direktorların işə qəbul müsabiqəsində iştirak edə bilməz.

Bununla yanaşı məhkəmə qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları