Azedu.az

Sumqayıtda uşaq bağçasının ərazisində baş verən yanğın söndürülüb

Məktəbəqədər təhsil

6 Yanvar 2020, 13:34
Sumqayıtda uşaq bağçasının ərazisində baş verən yanğın söndürülüb

Sumqayıt şəhərində ötən axşam yanğın hadisəsi qeydə alınıb. Hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən 5 saylı uşaq bağçasının ərazisində baş verib.

AzEdu.az xəbər verir ki, yanğın bağça ərazisində yerləşən, əvvəllər məcburi köçkünlərin məskunlaşdığı və hazırda istifadəyə yararsız olan binada başlayıb. Əraziyə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsindən bildirilib ki, yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

TƏCİLİ! Xəzərdə faciə - Hərbçilər ö*ldü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox