Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 09:15:00
Bu məktəblərdə dərslər başlandı

Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Dərslərin başlanmasına az qalması şagird və müəllimlərdə yeni sualların yaranmasına səbəb olub.  Xüsusilə də altıgünlük iş qrafiki ilə işləyən ümumtəhsil müəssisələrində dərslərin 6, yoxsa 7 yanvar tarixində başlanacağı sual altındadır. 

AzEdu.az Təhsil Nazirliyinin məktəblərə göndərilən təlimati məktubuna əsasən məlumat verir ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq müəyyən etdiyi “2020-ci il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının norması”na əsasən 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar tarixləri, altıgünlük iş həftəsində 3 yanvar tarixi istirahət günüdür.

"Altıgünlük" məktəblərdə 31 dekabr 2019 və 1, 2, 3 yanvar 2020-ci il tarixləri bayramlarla əlaqədar qeyri-iş günləri hesab olunur. 4 və 6 yanvar 2020-ci il tarixləri isə belə məktəblərdə iş günləridir.

Qeyd edək ki, beşgünlük məktəblərdə 28 dekabr 2019-cu il tarixində 3 yanvar 2020-cu il tarixə (həftənin cümə gününə) nəzərdə tutulan dərs cədvəlinə uyğun olaraq, 29 dekabr 2019-cu il tarixində isə 06 yanvar 2020-cu il tarixə (həftənin birinci gününə) nəzərdə tutulan dərs cədvəlinə uyğun olaraq tədris edilməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları