https://www.zirve.edu.az/
02.01.2020 17:00
Təqaüd almaq istəyən tələbələr: Lütfi Zadə Assosiasiyası ilə AzEdu.az-ın ortaq layihəsindən yararlanın
Çap et

Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu.az Təhsil Portalının istedadlı gəncləri daha da həvəsləndirmək üçün start verdikləri layihəyə qeydiyyat davam edir.

Layihə çərçivəsində bakalavriatura səviyyəsində təhsil alan tələbələr təqaüd qazanmaq şansı əldə edəcəklər.

Layihənin məqsədi dünya elmi, eləcə də bəşəri məntiq və fikir sistemində inqilabi dəyişiklik edən, süni intellekt, qeyri-səlis məntiq nəzəriyyələri ilə minillik mütləq yanaşmanı aradan qaldıran böyük alim, həmyerlimiz Lütfi  Zadənin xatirəsini yaşatmaqdır.

Təqaüd qazanmaq üçün Azərbaycanda bakalavr pilləsi üzrə təhsil alan Azərbaycan vətəndaşları  müraciət edə bilərlər.

Müraciətlərin qiymətləndirilməsi Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu.az Təhsil Portalının idarə heyətinə tapşırılacaq. Qiymətləndirmə nəticəsində, iki nominasiyanın hər biri üzrə bir tələbə təqaüdü qazanma şansı əldə edəcək.

Təqaüdü qazanmaq üçün müsabiqə təşkil ediləcək. Müsabiqədə iki nominasiyanın hər biri üzrə 1 qalib olmaqla, ümumilikdə 2 qalib elan ediləcək.

“Humanitar istiqamət”  nominasiyası üzrə müsabiqəyə qatılan tələbələr “Süni İntellekt, Lütfi zadə” (şərti) mövzusu başlığı ilə esse yazmalıdırlar. Nəzərə almaq lazımdır ki, bu nominasiya üzrə qalib olmaq istəyən şəxslərin göndərdiyi yazı materiallarının həcmi 2000-8000 işarəlik olmalıdır.

“Süni İntellektdə yeni fikir sahibi” nominasiyası üzrə müsabiqəyə qatılan tələbələr isə bu istiqamətdə yeni start up ideyalarınının qısaca təsvirini yazıb, [email protected] mail ünvanına yollamalıdırlar. Materialların həcmi 1000 işarədən az, 4000 işarədən çox olmamalıdır.

Qeyd: Müsabiqəyə qatılan hər bir tələbə şəxsiyyət vəsiqəsi və tələbə biletinin scan versiyasını müvafiq nominasiyalara uyğun müsabiqə materialı (esse, start up ideyasının təsviri) ilə birgə [email protected] mail ünvanına yollamalıdırdar.

Diqqət: Material yollayarkən e-poçtun mövzu hissəsinə “Lütfi Zadə təqaüdü qazanmaq üçün müsabiqəyə müraciət” yazmağı unutmayın! Hər iştirakçı müsabiqəyə yalnız bir material yollaya bilər. ““Humanitar istiqamət” nominasiyası üzrə hazırlanan məqalələr müsabiqəyə göndərilənə qədər hansısa KİV-də dərc olunmalı, “Süni İntellektdə yeni fikir sahibi” nominasiyası üzrə göndərilənlər isə heç bir KİV orqanında dərc olunmamalıdır.

Müsabiqədə iştirak üçün son müraciət tarixi: 02. 02. 2020, saat 17:00