Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-01 17:15:00
Azərbaycanlı tələbə İlkin Əhmədzadə Şimali Kiprdə ölüm təhdidinə görə tutuldu

Şimali Kipr Türk Cümhuriyyətində nüfuzlu Doğu Akdeniz Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı İlkin Əhmədzadə tutulub.

Virtualaz.org Şimali Kipr KİV-lərinə istinadən xəbər verir ki, o ayrıldığı sevgilisini ölümlə təhdid etməkdə ittiham olunur.

Polisin məlumatına görə, İlkin Əhmədzadə 2019-cu il dekabrın 27-də ayrıldığı “qız arkadaşının” yaşadığı mənzilin qapısının altına ölüm təhdidi yer alan məktub qoyub. Qızın polisə şikayət etməsi səbəbindən dekabrın 29-da azərbaycanlı tələbə saxlanılıb. Ertəsi gün dekabrın 30-da o, yerli məhkəmənin qarşısına çıxarılıb və polisin nəzarətinə verilməklə məhkəməyə qədər sərbəst buraxılıb. Habelə  5 min TL məbləğində girov ödəməyə məhkum edilib.

Məhkəmədə şahid qismində ifadə verən polis məmuru Emin Özbilen deyib ki, tələbə şəhərciyindəki 721 saylı mənzilin qapısının altından orada yaşayan H.Y.-yə ünvanlanmış məktub aşkar edilib. Üstündə “Oxu” yazılmış məktubda belə yazılırdı: “Üzüyü mənə göndər. 3 günə qədər səndən xəbər gəlməsə əmin ol, qapındayam. Almadan da getmərəm. O üzük sənə ağır gələr. Evlənmədən əvvəl də biriylə yaşayan namusdan bəhs etmsin. Ağzını pozub küfr etsən öldürmədən qayıtmaram”. Məktubu İlkin Əhmədzadə əl yazısı ilə yazıb və saxlanılandan sonra günahını etiraf edib. Emin Özbilen məhkəmədə deyib ki, İlkin Əhmədzadə  tələbədir, Azərbaycan vətəndaşıdır və istintaqın gedişinə təsir göstərmək imkanlarında deyil. Ona görə də barəsində həbs qətimkan tədbiri yox, daha yumşaq qətimkan tədbiri seçilməsi uyğundur. Məhkəmə bu arqumenti nəzərə alıb və azərbaycanlı tələbəni polisin nəzarətinə verib. 

İndi o, iş üzrə istintaq başa çatana qədər Şimali Kipri tərk edə bilməz və həftədə bir dəfə yaxınlıqdakı polis bölməsinə gedib qeydiyyatdan keçməli olacaq. Məhkəmədə isə onu bir neçə il həbs cəzası gözləyə bilər.