Azedu.az

Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi dinlənilib

18 Dekabr 2019, 11:21
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi dinlənilib

Türkiyənin İstanbul şəhərində “Mexanika mühəndisliyində nailiyyətlər” mövzusunda 5-ci beynəlxalq konfrans öz işini davam etdirir. ABŞ, Kanada, Almaniya, Çin və digər ölkələrdən alimlərin qatıldığı tədbirdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Sürüncəklik nəzəriyyəsi şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov iştirak edir. Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib.

Gənc alim Emin Bağırov və Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun həmmüəllifi olduğu elmi məruzə konfransın panelində təqdim olunub. E.Bağırov konfransın təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunub.

Beynəlxalq konfrans dekabrın 19-da başa çatacaq.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox