Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-10 13:13:00
Müəllimlər üçün yeni vəsait - "Kurikulum bələdçisi" çap olundu-VİDEO

Dekabrın 9-da AzEdu.az təhsil portalının icraçısı, BP şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gələn “Kurikulum bələdçisi” (izahlar və tətbiqlər)  kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva,  deputatlar Kamilə Əliyeva, Sevinc Hüseynova, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, AzEdu.az Təhsil portalının baş direktoru Elşad Eyvazlı, Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri və tələbə-müəllim heyəti iştirak edib.

Layihənin məqsədi təhsilin inkişafına dəstək vermək, müəllim və müəllim vəzifələrinə müraciət etmək istəyən şəxslərin innovativ tədris bacarıqlarını təkmilləşdirməyə  yardım etməkdir.

Qeyd edək ki, kitab Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilib və dövlət ümumitəhsil müəssisələrinə paylanılması tövsiyyə edilib. Layihə çərçivəsində 500 kitab və 3000 lüğət dərc edilib .

AzEdu.az kitab təqdimatından videonu təqdim edir.