Azedu.az

Günəş fəallığı aşağı səviyyədə gözlənilir

Maraqlı

Elmi institut və təşkilatlar

10 Dekabr 2019, 09:11
Günəş fəallığı aşağı səviyyədə gözlənilir

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

AzEdu.az-ın məlumatına görə, rəsədxanadan bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.

Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Dekabrın 9-dan 11-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı dekabrın 9-da 5 faizdən, dekabrın 10-da və 11-də isə 1 faizdən aşağı qiymətləndirilir.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox