Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 11:58:00
Kadr sayı azaldılarkən işdən çıxarılan müəllimə nə qədər təzminat verilməlidir? - Cavab

AzEdu.az mütəmadi olaraq, direktorların işə qəbul müsabiqəsi, namizədləri maraqlandıran sualların cavabı barədə yazılar yayımlayır. Direktor olmaq istəyənlərə müsahibə zamanı ən çox verilən suallardan biri də əmək müqavilələrinin ləğvi ilə bağlıdır.

Sual:    

Müəssisə ləğv edildikdə və ya işçilərin sayı ixtisar edildikdə işdən uzaqlaşdırılan müəllimə nə qədər təzminat verilməlidir?

Cavab:

AzEdu.az xəbər verir ki, bu kimi məsələlər Əmək Məcəlləsinin 77-ci maddəsi ilə tənzimlənir. Məcəlləyə uyğun olaraq, işçkilərin sayının azaldılması zamanı müəllimə bağlanmış əmək müqaviləsinə uyğun olaraq və əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilməlidir:

-1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

-1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

-5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

-10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.

Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqdaisəbu müddət 3 il müəyyən edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları