Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-10 11:54:00
Ölkədə fəaliyyət göstərən özəl kolleclərin sayı azalıb - Statistika

Respublika ərazisində 3 özəl kollec fəaliyyət göstərir.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuədə qeyd olunan göstəricilərə əsasən, 2018- 2019-cu tədris ilində fəaliyyət göstərən 3 özəl orta ixtisas təhsili müəssisəsində 2 mindən çox tələbə təhsil alır.

Ən az özəl orta ixtisas təhsili müəssisəsi isə 2015-2016-cı illərdə qeydə alınıb. Həmin ildə ölkə ərazisində cəmi bir özəl kollec fəaliyyət göstərib. Təhsilalanların sayında kəskin azalma isə 2000- 2001-ci ildə illərdə qeydə alınıb. Həmin ildə bu təhsil müəssisələində 481 nəfər təhsil alıb.

Ötən il isə ölkə ərazisində 3 özəl orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib. BU tədris ilində pnların sayında azalma müşahidə edilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları