Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-09 16:03:09
Qazaxın kənd məktəbində Bayraq Günü qeyd edilib - Gənc müəllimin təşəbbüsü

Bu gün Qazax rayonu l Şıxlı kəndində 9 noyabr Bayraq Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir məktəbin tarix müəllimi Vəliyev Araz, Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifova Elnarə və V b, VIII a sinif şagirdlərinin hazırladıqları proqram əsasında təşkil olunub.

AzEdu.az xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti, rayonun mədəniyyət işçiləri, valideyn və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Açılış üçün söz məktəbin direktoru Məzahir Qocayevə verilib. M.Qocayev çıxış edərək şagirdləri Bayraq Günü münasibəti ilə təbrik edib, bayraq haqqında məlumat verərərk vətənə olan sevginin vacibliyini vurğulayıb. Tədbirdə bayraqla bağlı videoçarx nümayiş etdirilib. VIII a sinif şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında bayrağın zala təntənəli girişi təşkil olunub. Vb sinif şagirdlərinin ifasında şeirlər və milli rəqslər izləyicilər tərəfindən maraqla qarşılanıb.

Məktəbin idman müəllimi Anar Daşdəmirovun rəhbərliyi altında idman komandasının çıxışı iştirakçıların marağına səbəb olub. Sonra tədbirdə fransızca şeirlər səsləndirilib və şəhidlərimizə həsr olunmuş videoklip nümayiş etdirilib, şagirdlər vətən üçün, bayraq üçün canından keçən igidlərin ruhu qarşısında torpaqlarımızın geri qaytarılması üçün var gücü ilə çalışacaqlarına and içib, söz veriblər. Tədbir V b sinif şagirdlərinin ifasında cənab leytenat mahnısı ilə sona çatıb.