Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 16:39:00
NDU-nun tələbələri Naxçıvan mətbəxinə aid qış tədarüklərinin hazırlanma qaydaları ilə tanış olublar  

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar və praktik məşğələ təşkil edilib.

AzEdu.az xəbər verir ki, məşğələdən əvvəl “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova mərkəzin fəaliyyəti və Naxçıvana məxsus ləziz yeməklərin yer aldığı “Naxçıvan mətbəxi” kitabı haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, bu kitabda milli yeməklərimiz və onların hazırlanma qaydaları ilə yanaşı, qədim dövrlərdən bəri mətbəximizdə istifadə olunan ləvazimatlarla da yaxından tanış olmaq mümkündür.

Tədbirdə Naxçıvan mətbəxinə məxsus qovurma, əriştə aşı, qurut aşı, soğan dolması kimi yeməklərin, eləcə də mürəbbə, xoşab və turşuların hazırlanma qaydalarından söhbət açılıb. Bəhs olunan mətbəx nümunələri slayd vasitəsilə nümayiş etdirilib.

Sonda “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin kulinarı Aygün Cəfərova iştirakçılar üçün praktik məşğələ keçib. O, Naxçıvan mətbəxinə aid qış tədarüklərin hazırlanma qaydasını əyani şəkildə göstərilib. (Azərtac)