Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 12:50:00
Saatlının qəbul göstəriciləri – Tələbəsiz kəndlər

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki yazıda Saatlı rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 724 şagird bitirib, onların 699 nəfəri buraxılış imtahanında iştirak edib və 322 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 26.04%-i “2”, 38.05%-i “3”, 18.88%-i “4”, 17.02%-i “5”, riyaziyyat fənni üzrə 29.61%-i “2”, 32.33%-i “3”, 19.60%-i “4”, 18.45%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 40.34%-i “2”, 34.91%-i “3”, 14.02%-i “4”, 10.73%-i “5” qiyməti alıb.

Ümumilikdə, attestat alanların 51.42%-i (361 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 151 məzunu (imtahanlarda iştirak edənlərin 41.83%-i) tələbə adını qazanıb.

Rayon abituriyentlərinin I-IV qruplarda ana dili, ədəbiyyat, fizika, kimya, biologiya, tarix və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır.

Rayon məzunlarının 46 nəfəri 500-dən, o cümlədən 23 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

Rayon abituriyentlərinin yalnız 36.83%-i 300-dən yuxarı baltoplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 5.36%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 44.64%-dir. Qəbul imtahanlarında 28 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Nərimankənd kənd və Smadakənd kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Rayonun Məzrəli kənd və Azadkənd kənd tam orta məktəblərinin qəbul imtahanlarında iştirak edən abituriyentlərinin sayı, məzunlarının sayının 10%-ni belə təşkil etmir. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Əlisultanlı kənd tam orta məktəbi daxil olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları