Azedu.az

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi - YENİLƏNİB

AMEA

23 Oktyabr 2019, 16:56
Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi - YENİLƏNİB

Bu gün AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib.

AzEdu.az-ın xəbərinə görə, səsvermədə alternativsiz namizəd olan akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

16:50

AMEA-nın ümumi yığıncağında Akademiyanın prezidenti vəzifəsinə seçki başlayıb.

AzEdu.az-ın xəbərinə görə, akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib və ona səs verilməsinə çağırış edib.

Daha sonra Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Tarix İstitutunun direktoru Yaqub Mahmudov çıxış ediblər.
Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.
Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox