Azedu.az

İlham Əliyev bu alimlərə fəxri ad verdi - SİYAHI

Elmi institut və təşkilatlar

1 Oktyabr 2019, 17:38
İlham Əliyev bu alimlərə fəxri ad verdi - SİYAHI

Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

AzEdu.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib: 

“Əməkdar elm xadimi”

Əlimərdanov Hafiz Mütəllim oğlu 

Həsənov Arif Həsən oğlu 

İbrahimov Hikmət Camal oğlu 

“Əməkdar mühəndis” 

Abdullayev Elmar Şahmar oğlu.

ŞAD XƏBƏR! Maaşlar, pensiyalar artırılır! - Prezident tapşırıq verdi
Son xəbərlərDaha çox