Azedu.az

Geoloq alimlərə Avrasiya patent şəhadətnaməsi təqdim olunub

Elmi institut və təşkilatlar

28 Sentyabr 2019, 16:20
Geoloq alimlərə Avrasiya patent şəhadətnaməsi təqdim olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutu (GGİ) elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, iclasda ilk olaraq institut əməkdaşlarına Avrasiya patent şəhadətnaməsi təqdim olunub. Bu sənəd GGİ-nin alimləri Dadaş Hüseynov, Mirəli Alosmanov, Vaqif Məmmədov, Əkbər Feyzullayev və Çingiz Əliyevin “Məişət tullantılarından gübrə hazırlanması üsulları” elmi təklifinə görə verilib.

Sonra professor Adil Əliyev və dosent Orxan Abbasovun “Azərbaycanın orta eosen yaşlı yanar şistlərinin mineralogiya və geokimyasına dair yeni məlumatlar və onların əmələgəlmə şəraiti” mövzusunda elmi məruzələri dinlənilib.

Məruzə müəllifləri tərəfindən Şamaxı-Qobustan rayonunun və Abşeron yarımadasının palçıq vulkanları tullantılarından və yerüstü açılışlarından götürülən yanar şistlərin mineraloji və kimyəvi tərkibləri nəzərə alınmaqla Rusiyanın, Estoniyanın, ABŞ-ın yanar şistləri ilə müqayisəli təhlili aparılıb, həmçinin şistli süxurlarda elementlərin paylanma xüsusiyyətləri araşdırılıb.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox