Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 11:20:04
30 yaşdan yuxarı insanlar ən çox bu ölkələrdə ali təhsil alırlar 

Avropa Statistika Ofisinin (Eurostat) nəşr etdirdiyi hesabatlarda  30-34 yaş aralığındakı vətəndaşları  ən çox ali təhsil alan ölkələrin adları müəyyənləşib. 

Qardaş Türkiyə Cümhuriyyəti 27.3 faiz göstərici ilə siyahıdakı  33 ölkə arasında 31-ci olub. 

AzEdu.az  xarici mediaya istinadən xəbər verir ki, Litva 58 faiz ilə birinci  olub. İkinci və üçüncü sıraları isə 55.8 və 53.7% faizlə Cənubi Kipr və İslandiya tutur.

Bu statistikaya görə, Türkiyədə hər on gəncdən üçü universitet məzunudur.

 Aİ-nin Almaniya, İngiltərə, Fransa və İspaniya kimi çox əhalisi olan, inkişaf etmiş ölkələri də onluqdan kənarda qalıb.  Bunlar arasında ən yaxşı  nəticəı İngiltərəyə məxsus olub: 48.3 faiz...

Ali təhsildə iştirak nisbətləri başqa Avropa ölkələrində belədir: Fransa 44.3, İspaniya  41.2, Almaniyada isə 34 faiz.

İtaliya isə  26.9 faizlə Türkiyədən də geridə qalıb.