Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 11:55:00
AMEA-nın magistrlarına təqaüd veriləcək

"Bu ildən magistraturaya qəbul imtahanlarında 112-dən yüksək bal toplayanlara Azərbaycan Milli Elmlər Akademiyasının təqaüdü veriləcək".

AzEdu.az xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi Əminağa Sadıqov deyib.

Ə.Sadıqov bildirib ki, bu il akademiyanın magistraturaya qəbul imtahanlarında 18 yer boş qalıb. 

Onun sözlərinə görə, bəzi yerlərin vakant qalmasının səbəbi isə qəbulun yeni müasir ixtisaslar üzrə aparılması və həmin ixtisaslar üzrə bakalavriat səviyyəsində qəbulun aparılmamasıdır: "Bu ixtisaslar üzrə bakalavriat səviyyəsində qəbulun aparılması üçün işlər aparılmalıdır"

Xatırladaq ki, bu il AMEA-nın magistraturasına qəbul imtahanlarında ən yüksək balı - 134 bal toplayan bakavr riyazi analiz ixtisasına qəbul olub.